SON DƏQİQƏ

naxcivanxeberleri.com

NASA Marsa növbəti missiyasını yola saldı

NASA Marsa növbəti missiyasını yola saldı
30-07-2020, 17:29

ABŞ-ın Milli Kosmik Agentliyi (NASA) Marsa növbəti dəfə missiya göndərib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına “Perseverance” (İnadkarlıq) adı verilən aparat Florida ştatında Kanaveral kosmodromundan buraxılıb.

Aparat təxminən yeddi aylıq uçuşdan sonra, 2021-ci ilin fevralında Qırmızı planetə çatacaq.

“Perseverance” Marsın süxurlarını tədqiq etməklə, orada əvvəllər həyat əlamətlərinin olub-olmamasına cavab tapmağa çalışacaq.

Qeyd edək ki, bu, son iki həftə ərzində Marsa yola salınan üçüncü missiyadır. Bir müddət Birləşmiş Ərəb Əmirlikləri tarixdə ilk kosmik aparatını Marsın orbitinə yollayıb. Daha sonra Çin Marsın səthinə eniş edəcək aparat yola salıb.

Hazırda isə Marsda NASA-nın "Curiosity" və "InSight" aparatları tədqiqatlar aparır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031