SON DƏQİQƏ

naxcivanxeberleri.com

PA rəhbəri: "İran Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir"

PA rəhbəri: "İran Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir"
27-07-2020, 10:45

“Müxtəlif gərginliklərdə başqa ölkələrin milli suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək İranın rəsmi mövqeyidir”.

NAXCİVANXEBERLERİ.COM “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev telefonla danışığında bildirib.

M.Vaizi pandemiya dövründə Tehran-Bakı əlaqələrini ortaq maraqlar çərçivəsində inkişaf etdirmək üçün daha çox fəaliyyət göstərməyin vacib olduğunu vurğulayıb.

O, İran və Azərbaycan arasındakı yaxşı münasibətlərin bölgədəki ölkələr üçün nümunə olduğunu da qeyd edib:  “Qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün iki ölkədəki potensiallardan istifadə edilməsi vacibdir”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31