SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Haber Türk”: Azərbaycana qarşı son hücumlara adi münaqişə kimi baxmaq olmaz

“Haber Türk”: Azərbaycana qarşı son hücumlara adi münaqişə kimi baxmaq olmaz
15-07-2020, 14:11

Türkiyənin “Haber Türk” televiziya kanalında 15 İyul – Demokratiya və Milli Birlik Gününə həsr olunan xüsusi verilişdə Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində təxribat xarakterli hücumlarından bəhs olunub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, verilişin qonaqlarından biri - Bozok Universitetinin dekanı, görkəmli araşdırmaçı professor Kürşad Zorlu mövzu ilə bağlı tamaşaçıları ətraflı şəkildə məlumatlandırıb. Alim diqqətə çatdırıb ki, təcavüzkar Ermənistan illər uzunu həyata keçirdiyi işğalçılıq siyasətini pərdələmək üçün yeni hiylələrə əl atır. Əsaslandırılıb ki, Azərbaycan torpaqlarının iyirmi faizinin işğalda saxlanılması, 2016-cı ildə Türkiyədə törədilən dövlət çevrilişi cəhdi, eləcə də son günlər Ermənistanın Tovuz istiqamətindən Azərbaycana yeni bir savaş cəbhəsi yaratması kimi hadisələrin hamısının arxasında dayanan əsas niyyət Azərbaycan və Türkiyə dövlətçiliyini hədəf almaqdır.

Hazırda regionda gedən prosesləri şərh edən alim deyib ki, Azərbaycan və Türkiyənin strateji əməkdaşlığı, gerçəkləşən layihələr bir sıra qüvvələri ciddi narahat edir. Ona görə də Azərbaycana qarşı son hücumlara adi münaqişə kimi baxmaq olmaz.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31