SON DƏQİQƏ

naxcivanxeberleri.com

İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrində Ermənistanın təxribatını pisləyən yazılar dərc olunub

İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrində Ermənistanın təxribatını pisləyən yazılar dərc olunub
13-07-2020, 19:37

İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrində, o cümlədən nüfuzlu İl Giornale qəzetinin İnside Over İtalia analitik-xəbər portalı, Askanews, Agenzia Nova, Yahoo Notizie, Finanze Yahoo, Notizie Geopolitiche, TGCom24Mediaset, European Affairs, EurosiaNews, Giornale Diplomatico kimi qəzet, xəbərlər agentliyi, analitik-informasiya portalları Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatlarına dair yazılar dərc ediblər.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, yazılarda Azərbaycanın İtaliyadakı Səfirliyinin mətbuat açıqlaması əsasında Ermənistanın təxribatları ilə bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin müvafiq mətbuat bəyanatlarına istinadən fikirlər əksini tapıb.

Yazılarda, eləcə də İtaliyanın nüfuzlu parlamentarları Senatın Xarici əlaqələr daimi komissiyasının sədri, senator Vito Petroçelli, İtaliyanın ATƏT Parlament Assambleyası yanında nümayəndə heyətinin sədri və Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədr müavini, deputat Paolo Qrimoldi, İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Stefano Luçidi və İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rossana Boldinin mövzu ilə bağlı bəyanatlarına istinad edilir. Yazılarda parlamentarların öz bəyanatlarında Ermənistanın təxribatlarını pislədikləri, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri, münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllinin vacibliyini bildirdikləri, İtaliyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyinin “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxşaxəli Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”də əks olunduğunu vurğuladıqları və İtaliya hökumətinə münaqişənin nizamlanması üçün təcili tədbirlər görmək üçün müraciət etdikləri qeyd olunur.

Habelə yazılarda Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin də açıqlamalarına yer verilir. Diplomat Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ermənistan tərəfinin son təxribatları barədə məlumat verərək, dünya ictimaiyyətinin, o cümlədən İtaliyanın Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü və son hərbi təxribatlarını pisləməsinin vacibliyini bildirir, İtaliyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin 20 fevral 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin İtaliyaya dövlət səfəri vaxtı imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxşaxəli Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”də əks olunduğunu, həmin sənəddə tərəflərin bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verməsinin, beynəlxalq münasibətlərdə təcavüz aktının qəbuledilməzliyinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı, BMT və ATƏT-in müvafiq sənəd və qərarları əsasında nizamlanmasının qeyd olunduğunu vurğulayır.

Yazılara keçidlər aşağıdakı linklər vasitəsilə mümkündür:

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31