SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistan koronavirusla bağlı bu göstəriciyə görə dünyada ikinci yerdədir

Ermənistan koronavirusla bağlı bu göstəriciyə görə dünyada ikinci yerdədir
10-07-2020, 20:43

Ermənistan hər milyon nəfər üzrə koronavirusdan ölüm sayına görə dünyada ikinci yerdədir.

NAXCİVANXEBERLERİ.COM xarici mətbuata istinadən xəbər verir ki, bu ölkə COVID-19-la bağlı başqa bir siyahıda da “liderlər” sırasındadır.

Belə ki, indiyə qədər hər milyon nəfər əhali üzrə ən çox yoluxma halı 5 ölkədə qeydə alınıb.

Həmin ölkələrin siyahısını təqdim edirik:

Qətər - hər milyon nəfərə 36 168;

Bəhreyn - hər milyon nəfərə 17 817;

Çili - hər milyon nəfərə 15,744;

Küveyt - hər milyon nəfərə 12 175;

Ermənistan - hər milyon nəfərə 11 872

Bu göstəriciyə, yəni hər milyon nəfər üzrə yoluxma sayına görə Ermənistan Çilidən sonra ikinci yerdədir.

Azərbaycanda hər milyon nəfər üzrə yoluxma sayı 2 200-dən bir qədər çoxdur.

Qeyd edək ki, indiyə qədər ölkəmizdə 22 990 nəfər koronavirusa yoluxub. Onlardan 14 093 nəfər müalicə olunaraq sağalıb, 292 nəfər vəfat edib, 8 605 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31