SON DƏQİQƏ

naxcivanxeberleri.com

UNESKO Türkiyəni Ayasofyanın statusunu dəyişdirməməyə çağırıb

UNESKO Türkiyəni Ayasofyanın statusunu dəyişdirməməyə çağırıb
10-07-2020, 17:00

BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşdırılmış qurumu olan UNESKO Türkiyəni İstanbuldakı Ayasofya məbədinin statusunu dəyişdirməməyə və onu məscidə çevirməməyə çağırıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə qurumun bəyanatında deyilir.

“Ayasofya “İstanbulun tarixi əraziləri”nin bir hissəsi kimi Dünya İrs Siyahısına muzey kimi daxil edilib. Bu, bir sıra qanuni öhdəliklər və vəzifələri özündə cəmləşdirir. Beləliklə, dövlət bu ərazidə olan mülklərin müstəsna ümumi dəyərinin heç bir şəkildə dəyişməməsini təmin etməlidir”, - bəyanatda qeyd olunub.

UNESKO Türkiyəni hər hansı bir qərar verilmədən dialoqa çağırıb.

Təşkilat qeyd edib ki, bu cür obyektlərdə hansısa dəyişiklik etmək üçün dövlət əvvəlcə UNESKO-ya bildiriş göndərməli və zəruri hallarda Dünya İrs Komitəsindən yoxlama aparılmasını tələb etməlidir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31