SON DƏQİQƏ

naxcivanxeberleri.com

Səmanın ən dolğun rentgen xəritəsi yaradılıb

Səmanın ən dolğun rentgen xəritəsi yaradılıb
10-07-2020, 11:56

eROSITA rentgen teleskopunun köməyi ilə səma skan edilib.

NAXCİVANXEBERLERİ.COM xarici mətbuata istinadən xəbər verir ki, xəritədə Süd yolu və onun hüdudları xaricində müşahidə edilən energetik obyekt və hadisələrin bütün növləri göstərilib.

Səmanın skan edilməsinə ötən ilin dekabrında başlanılıb və bu ilin iyun ayında başa çatdırılıb. Bu, səmanın eROSITA tərəfindən növbəti bir neçə il ərzində aparılacaq səkkiz çəkilişindən yalnız birincisidir.

Çəkilişlərin gedişatı zamanı kosmosdakı təxminən 1,1 milyon rentgen şüası mənbəyi kataloqa salınıb. Buraya Süd yolunun ulduzları, eləcə də digər qalaktikaların mərkəzlərində, Yerdən milyardlarla işıq ili məsafədə yerləşən ağır çəkili qara dəliklər daxildir.

Yeni xəritədə insanların zəif şüa səbəbindən görə bilmədiyi obyektlər göstərilib.

EROSITA-ın şəkilləri astronomlara daha çox rentgen mənbəyi aşkarlamağa kömək etməklə yanaşı, həm də obyektlərin zamanla necə dəyişdiyini izləməyə imkan verəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31