SON DƏQİQƏ

naxcivanxeberleri.com

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
9-07-2020, 18:23

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Sakarya vilayətində baş vermiş partlayış nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması və yaralanması ilə əlaqədar Türkiyənin Milli Müdafiə naziri cənab Hulusi Akara başsağlığı ünvanlayıb.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Başsağlığında deyilir: “Pirotexniki vasitələrin utilizasiyası zamanı baş vermiş partlayış nəticəsində qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması və yaralanması haqqında xəbər məni çox kədərləndirdi.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Sizin acınız bizim də acımızdır.
Allah rəhmət eləsin”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031