SON DƏQİQƏ

naxcivanxeberleri.com

ÜST: Yoluxma sayının artması ilk dalğanın ikinci pik həddidir

ÜST: Yoluxma sayının artması ilk dalğanın ikinci pik həddidir
4-07-2020, 11:10

“Bir çox ölkələrdə koronavirusa yoluxma sayının artması hamının ehtiyat etdiyi ikinci dalğa deyil, əksinə ilk dalğanın ikinci pik həddidir”.

NAXCİVANXEBERLERİ.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Proqramının direktoru Mayk Rayn deyib.

ÜST rəsmisinin sözlərinə görə, ölkələr yoluxma hallarının artımında qeydə alınan pik dalğalanmalara hazır olmalıdır: “Dövlətlər xəstəliyin mümkün olduğu qədər daha güclü şəkildə qarşısını almağa çalışmalıdırıar. Əgər ikinci böyük dalğa olarsa ölkələr onun qarşısını almaq məsələsində ilk dalğadan lazımlı dərsləri öyrənmiş olmalıdırlar. Yoluxma halları ilə mübarizə aparmaq üçün vaxtında xəstə sayını aşkar edə bilmək və səhiyyə sistemini gücləndirmək əsasdır”.

COVID-19 peyvəndinin sürətli şəkildə istifadəyə veriləcəyinə böyük ümid bəsləməməyə çağıran M.Rayn vurğulayıb ki, indi kütləvi peyvəndləmə işlərinin nə zaman başlayacağını demək mümkün deyil: “İlin sonuna qədər bir peyvənd sınaqdan keçirilmiş ola bilər. Əsas məsələ isə peyvəndin kütləvi istehsalının nə qədər müddət alacağıdır. Ancaq bu gün üçün hər hansı peyvənd yoxlanışı aparıımayıb və ya virus üzərindəki hansısa təsiri araşdırılmayıb”.

Xatırladaq ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus isə qurumun Cenevrədə baş tutan mətbuat konfransında COVID-19 xəstələrinin müalicəsində təsirli olacaq dərmanlarla bağlı aparılan araşdırmaların ilk nəticələrinin iki həftə ərzində məlum olacağını bildirib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31