SON DƏQİQƏ

naxcivanxeberleri.com

Cənubi Koreya F-35-lərin yerləşdirilməsində gecikmə yaşayır

Cənubi Koreya F-35-lərin yerləşdirilməsində gecikmə yaşayır
4-07-2020, 07:35

“Joint Strike Fighter” (JSF) layihəsi çərçivəsində hazırlanan F-35A qırıcı təyyarəsinin ən böyük istifadəçilərindən biri olan Cənubi Koreya qırıcıların yerləşdirilməsində bəzi gecikmələr yaşayır.

NAXCİVANXEBERLERİ.COM Cənubi Koreya mətbuatına istinadən xəbər verir ki, Cənubi Koreya Hərbi Hava Qüvvələri 2020-ci ilin ilk yarısında ölkəyə F-35A qırıcı təyyarələri gətirməyi planlaşdırırdı. 

Qeyd edilir ki, bu plan “Covid-19” pandemiyası səbəbi ilə 2020-ci ilin ikinci yarısına təxirə salınıb.

Ötən il 13 F-35A “Lightning II” qırıcı təyyarəsini ölkəyə yerləşdirən Cənubi Koreya Hərbi Hava Qüvvələri 2021-ci ilədək 40 döyüş təyyarəsini ölkədəki hərbi bazalara yerləşdirməyi planlaşdırır. 

Cənubi Koreyanın 2020-ci ildə ölkəyə gətirməyi planlaşdırdığı 10 F-35A-nın bəziləri fevral ayında gəlsə də, aprel ayında gələcək təyyarələrin çatdırılmasında gecikmə yaşanır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31