SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ərdoğan koronavirus pandemiyasından sonra ilk xarici səfərinə çıxıb

Ərdoğan koronavirus pandemiyasından sonra ilk xarici səfərinə çıxıb
2-07-2020, 14:19

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 2-də Qatara birgünlük işgüzar səfərə gedib. 

NAXCİVANXEBERLERİ.COM  “TRTHaber”ə istinadən xəbər verir ki, bu, R.T.Ərdoğanın dünyada koronavirus pandemiyası yayılmağa başlayandan sonra ilk xarici səfəridir.

Onu maliyyə naziri Berat Albayrak, milli müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın, Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan müşayiət edir.

Türkiyə prezidenti Qatar əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcək. Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi, regional məsələlər müzakirə olunacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31