SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə özünün kosmik agentliyini yaratdı

Türkiyə özünün kosmik agentliyini yaratdı
13-12-2018, 10:47

Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Türkiyədə Kosmik Agentlik yaradılıb.

NAXCİVANXEBERLERİ.COM “Anadolu” agentliyinə istinadən xəbər verir ki, sərəncamın mətni “Resmi Gazete”də dərc olunub.

Türkiyənin Kosmik Agentliyinin ayrı büdcəsi olacaq və həm inzibati, həm də maliyyə məsələlərində müstəqil hərəkət edəcək.

Agentlik Türkiyənin milli kosmik proqramının hazırlanması və həyata keçirilməsinə, eləcə də, millətin rifah halının yüksəlməsinə öz töhfə verən Türkiyə aerokosmik sənayesinin inkişafına görə məsuliyyət daşıyır.

Agentlik Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi ilə əlaqəli olacaq, aerokosmik texnologiyalar sahəsində ölkənin prioritetləri, məqsəd və strategiyasının formalaşmasına öz töhfəsini verəcək.

Yeni qurum dövlət adından danışıqlar aparacaq və razılaşmalar imzalayacaq.


gulnar

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30