SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kosmosa ilk turistin çıxacağı tarix açıqlandı

Kosmosa ilk turistin çıxacağı tarix açıqlandı
25-06-2020, 19:02

“Enerqiya” Raket-Kosmik Korporasiyası (RKK) və “Space Adventures Inc.” şirkəti tarixdə ilk dəfə kosmik turistin 2023-cü ildə açıq kosmosa çıxması üzrə müqavilə imzalayıb.

NAXCİVANXEBERLERİ.COM “Kommersant”a istinadən xəbər verir ki, turist peşəkar kosmonavtın müşayiəti ilə “Soyuz MS” kosmik gəmisində Beynəlxalq Kosmik Stansiyanın (BKS) Rusiya seqmentinə çatdırılacaq.

Daha əvvəl “Enerqiya” RKK və “Roskosmos” “Space Adventures Inc.” ilə müqavilələr çərçivəsində “Soyuz” kosmik gəmisində BKS-in Rusiya seqmentinə səkkiz qısamüddətli kommersiya uçuşunu uğurla həyata keçirib. Ancaq turistlər açıq kosmosa çıxmayıblar.

Xatırladaq ki, son doqquz ildə BKS-ə yalnız “Soyuz” kosmik gəmiləri uçub çata bilirdi. Amma mayın 30-da “SpaceX” şirkətinə məxsus “Falcon 9” raket-daşıyıcısı ilə “Crew Dragon” kosmik gəmisi Floridadan havaya qalxaraq BKS-ə uğurlu birləşmə edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930