SON DƏQİQƏ

naxcivanxeberleri.com

Həbib Nurməhəmmədov qadınlara məsləhət verdi: "Həmişə ərinizi döyün"

Həbib Nurməhəmmədov qadınlara məsləhət verdi:
6-12-2018, 21:47 178 dəfə baxılıb

Qarışıq döyüş növləri (MMA) üzrə rusiyalı döyüşçü Həbib Nurməhəmmədov qadın döyüşçülərə məsləhət verib.

İdmançının azarkeşlərlə görüşünün olduğu video "REDFURYMMA" "YouTube" kanalında paylaşılıb.

"Qadınlar üçün əla məsləhətim var - öz evinizdə döyüşçü olun. Və bir məsləhət daha - həmişə ərinizi döyün. Onu möhkəm döyün", - H.Nurməhəmmədov bildirib.

Hal-hazırda qadın döyüşçülər üçün ən yaxşı şərait Mütləq Döyüş Çempionatında (UFC) yaradılıb və bu turnirin hazırkı çempionu H.Nurməhəmmədovdur. Burada 99 qadın idmançı dörd çəki növü üzrə mübarizə aparır.

Rusiyada yüksək səviyyədə qadın döyüşləri keçirilmir. Aparıcı yerli yarışlarda (Fight Nights, M-1 və bu yaxınlarda World Fighting Championship Akhmatla (WFCA) birləşən Absolute Championship Berkut-da (ACB)) qadın divizionları mövcud deyil.(oxu.az)

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728