SON DƏQQƏ

naxcivanxeberleri.com

Yer kürəsində ən təmiz havanın harada olduğu açıqlandı

Yer kürəsində ən təmiz havanın harada olduğu açıqlandı
18-06-2020, 17:56

Dünyanın ən təmiz havası Antarktidanı əhatə edən Cənub okeanın mərkəzindədir.

NAXCİVANXEBERLERİ.COM “Metro”ya istinadən xəbər verir ki, bu qənaətə amerikalı alimlər gəliblər.

Bölgənin təcrid olunması ilə əlaqədar orada indiyə qədər insan fəaliyyəti olmayıb.

Araşdırmanın həmmüəllifi Tomas Hillin sözlərinə görə, Cənub okeanı Yer kürəsində antropogen təsirə məruz qalmayan az sayda yerlərdən biridir. Belə ki, burada aerozol və digər çirkli maddələrə rast gəlinməyib.

Bildirilib ki, araşdırmaçılar havada yalnız sudan qalxmış “dəniz” bakteriyalarını aşkarlayıblar.

Qeyd edək ki, Cənub okeanın ada və qitələrlə cızılmış aydın sərhədləri yoxdur. O, özündə Atlantik, Hind və Sakit okeanların cənub hissələrini birləşdirir. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930