SON DƏQQƏ

naxcivanxeberleri.com

İranda qızıl sikkə bahalaşıb

İranda qızıl sikkə bahalaşıb
16-06-2020, 18:56

Bu gün İranda yeni formada basılan 1 “Bahar Azadi” qızıl sikkəsinin qiyməti 77,1 milyon riala (təxminən 1,835 dollar) alqı-satqı olunub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, İranın qızıl bazarında qızıl sikkələrin qiymətində artım müşahidə olunur. Bu barədə Trend IRNA-ya istinadən məlumat verib.

Halbuki ötən gün İran bazarında bu sikkənin qiyməti 77 milyon riala (təxminən 1,833 dollar) olub.

Qədim formada basılan 1 “Bahar Azadi” qızıl sikkəsinin qiyməti isə 74 milyon riala (təxminən 1,761 dollar) satılıb.

Yarım qızıl sikkə 38,1 milyon rial (təxminən 907 dollar), 1/4 qızıl sikkə isə 20,7 milyon riala (təxminən 492 dollar) alqı-satqı edilib.

Qeyd edək ki, İranda İslam İnqilabının qələbəsindən (1979) sonra İranın Mərkəzi Bankı tərəfindən “Bahar Azadi” adlı qızıl sikkə basılır və topdan və pərakəndə şəkildə satışa çıxarılır. Qədim formada qızıl sikkələr 1979-dan 1991-ci ilədək basılıb və həmin tarixdən sonra yeni formada qızıl sikkələr basılmağa başlayıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930