SON DƏQQƏ

naxcivanxeberleri.com

Çinin Uxan şəhərində simptomsuz COVID-19 daşıyıcısı qalmayıb

Çinin Uxan şəhərində simptomsuz COVID-19 daşıyıcısı qalmayıb
16-06-2020, 12:21

Uxan şəhərində keçirilən kütləvi analizlər nəticəsində qeydə alınan bütün simptomsuz COVID-19 daşıyıcıları testlərinin cavabları ardıcıl olaraq iki dəfə mənfi nəticələndikdən sonra karantin rejimindən çıxıb.

NAXCİVANXEBERLERİ.COM Çin KİV-lərinə istinadla xəbər verir ki, şəhərin səhiyyə məsələləri üzrə komitəsinin məlumatına görə, hazırda Uxanda simptomsuz koronovirus daşıyıcılarının sayı sıfıra endirilib. Komitə mayın 14-dən iyunun 1-dək şəhərdə ümumi koronavirus yoxlaması keçirildiyini və nəticədə 300 nəfər simptomsuz infeksiya daşıyıcısının aşkarlandığını xatırladıb.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayında Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

Pandemiyanın statistikasını aparan Worldometer saytında yerləşdirilən məlumata görə, Çində indiyə qədər 83 min 221 nəfər koronavirus infeksiyasına yoluxub, 4 min 634 xəstə isə COVID-19 infeksiyası səbəbindən həyatını itirib. Hazırda müalicə alan 210 xəstədən 3-nün vəziyyəti ağır qiymətləndirilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930