SON DƏQQƏ

naxcivanxeberleri.com

Yaponiya ölkə daxilində səyahət məhdudiyyətlərini aradan qaldıracaq

Yaponiya ölkə daxilində səyahət məhdudiyyətlərini aradan qaldıracaq
15-06-2020, 10:51

Yaponiya hökuməti paytaxt Tokioda koronavirusa yoluxma sayının artmasına baxmayaraq, əvvəlcədən müəyyənləşdirilən cədvələ uyğun şəkildə iyunun 19-dan prefekturalar arasında gediş-gəlişin məhdudlaşdırılması üzrə tövsiyələri ləğv etmək niyyətindədir.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin Baş katibi Yosihide Suqa bildirib.

“İnfeksiya yayılmasının qarşısının alınması və sosial-iqtisadi fəaliyyətin yenidən bərpa edilməsi üzrə tədbirləri birləşdirmək üçün, Tokio da daxil olmaqla, regional hökumət orqanları ilə sıx əməkdaşlığa davam etdirəcəyik”, - Baş katib deyib.

Xatırladaq ki, hökumət apreldə ölkə üzrə səyahətlərin məhdudlaşdırılmasını tövsiyə etmişdi. Mayın 14-də isə hökumət demək olar bütün ölkə üzrə - 47 prefekturadan 39-da karantin rejiminin ləğv edildiyini elan edib.

Son məlumatlara görə, Yaponiya ərazisində yoluxanların (“Diamond Princess” kruiz gəmisinin ekipajı da daxil olmaqla) ümumi sayı 18,2 mini keçib, 920-dən çox adam virusun qurbanı olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930