SON DƏQQƏ

naxcivanxeberleri.com

Daha bir ölkə beynəlxalq uçuşları bərpa edir

Daha bir ölkə beynəlxalq uçuşları bərpa edir
11-06-2020, 14:00

Vyetnam koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış beynəlxalq uçuşları mərhələli şəkildə bərpa etməyə qərar verib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, qərara əsasən, ilkin mərhələdə son bir ay ərzində minimum yoluxma hallarının qeydə alındığı və ya ümumiyyətlə yoluxmanın olmadığı ölkələrlə aviaəlaqə bərpa olunacaq. Bu ölkələr arasında Çin, Yaponiya, Cənubi Koreya, Laos, Kamboca yer alır.

Digər ölkələrlə uçuşların da yaxın zamanlarda açılacağı gözlənilir.

Qeyd edək ki, Vyetnam pandemiya ilə əlaqədar beynəlxalq uçuşları martın 25-də dayandırmışdı.

Vyetnamda bu günədək 332 nəfər virusa yoluxub, ölən olmayıb. 12 nəfər müalicəsini davam etdirir. Son iki aya yaxın müddət ərzində ölkə ərazisində yeni yoluxma faktı qeydə alınmayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930