SON DƏQQƏ

naxcivanxeberleri.com

Türkiyənin pilotsuz uçuş aparatı 200 min saat uçuş həyata keçirib

Türkiyənin pilotsuz uçuş aparatı 200 min saat uçuş həyata keçirib
10-06-2020, 23:53

Türkiyənin milli istehsalı olan “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatı (SİHA) 200 min saat uçuş həyata keçirib.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, “Bayraktar TB2” 2014-cü ildə Türkiyə Milli Müdafiə Nazirliyinin aviasiya arsenalına daxil edilib. Ötən illərdə böyük uğurlar qazanan bu aparatın təkmilləşdirilməsi istiqamətində də önəmli addımlar atılıb. “Bayraktar TB2” 2019-cu ildə Küveytdə keçirilən aviasiya sərgisində fasiləsiz  27 saat 3 dəqiqə uçuş edərək rekord qazanıb. Bundan başqa, sözügedən aparat cari il yanvarın 24-də Türkiyənin Elazığ bölgəsində baş verən dağıdıcı zəlzələnin miqyasını öyrənmək üçün 25 dəqiqəlik uçuş əsasında mühüm məlumatlar toplayıb. “Bayraktar TB2” aparatı Türkiyə təhlükəsizlik qüvvələrinin terrorçuların yerlərini müəyyənləşdirməsi işində mühüm rol oynayacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930