SON DƏQQƏ

naxcivanxeberleri.com

“Türk Hava Yolları” iyunun 10-da başlamağı planlaşdırdığı beynəlxalq aviareysləri təxirə salıb

“Türk Hava Yolları” iyunun 10-da başlamağı planlaşdırdığı beynəlxalq aviareysləri təxirə salıb
10-06-2020, 16:08

“Türk Hava Yolları” (THY) aviaşirkətinin bu gün yenidən başlaması planlaşdırılan beynəlxalq aviareysləri təxirə salınıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilib ki, aviareyslərin başlaması üçün həm Türkiyə, həm də səfər ediləcək ölkələrin Mülki Aviasiya idarələrindən lazımi icazələrin hələ də alınmaması uçuşların bərpasını gecikdirir.

Xatırladaq ki, iyunun 4-də Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlunun verdiyi məlumata əsasən, iyun ayından etibarən mərhələli şəkildə Türkiyədən 40 ölkəyə aviareyslərin keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar artıq 15 ölkə ilə razılıq əldə olunub. İlk beynəlxalq aviareyslərin isə iyunun 10-da Şimali Kipr Türk Cümhuriyyəti, Bəhreyn, Bolqarıstan, Qətər və Yunanıstana olacağı gözlənilirdi. Türkiyədə ölkədaxili uçuşlar iyunun 1-dən etibarən mərhələli şəkildə bərpa olunub.

Qeyd edək ki, THY yeni növ koronavirus səbəbindən beynəlxalq uçuşları bu il martın 28-dən dayandırıb

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930