SON DƏQQƏ

naxcivanxeberleri.com

Venesuela “bir həftədən bir” rejiminə keçir

Venesuela “bir həftədən bir” rejiminə keçir
6-06-2020, 11:47

Venesuela hökuməti koronavirusla bağlı karantin qaydalarını dəyişərək ölkədə həftəlik iş rejiminin 7 günlük olmasına dair qərar çıxarıb. Bundan sonra ölkədəki işçi kontingenti ardıcıl 7 gün işləyib, 7gün istirahət edəcək.

NAXCİVANXEBERLERİ.COM “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro “Twitter” səhifəsində yazıb.

“Yumşalmanın ilk həftəsi çox yaxşı keçdi və vətəndaş şüuru və vicdanı nümunəsi göstərdi. İndi 7+7 formuluna keçirik. Karantində olan günlərdə işçilər sanitar tədbirlərə ciddi riayət etməlidir”, - o yazıb.

Xatırladaq ki, 7+7 metodu virusun yayılmasına həssas olan sərhəd bölgələri üçün keçərli deyil. Bundan əvvəl ölkədə 5+10 günlük iş qrafiki qüvvədə idi.

Səhiyyə Nazirliyinin son məlumatına görə, Venesuelada 2 145 COVID-19 hadisəsi aşkarlanıb, 20 nəfər virusun qurbanı olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930