SON DƏQQƏ

naxcivanxeberleri.com

G20 ölkələri COVID-19 ilə mübarizəyə 20 milyard dollardan çox vəsait ayıracaq

G20 ölkələri COVID-19 ilə mübarizəyə 20 milyard dollardan çox vəsait ayıracaq
6-06-2020, 11:18

“Böyük iyirmilik” (G20) ölkələri dəvət olunmuş dövlətlərlə birlikdə yeni növ koronavirus - COVID-19 ilə mübarizə aparmaq üçün 21 milyard ABŞ dollarından çox vəsait ayıracaqlar.

NAXCİVANXEBERLERİ.COM “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə G20-nin saytında məlumat verilib.

Dərc olunana bəyanatda deyilir ki, G20 dəvət olunmuş ölkələrlə birlikdə koronavirus pandemiyasına qarşı qlobal səyləri əlaqələndirir.

Belə ki, ayrılan vəsaitin xəstəliyin müalicəsinə, COVID-19-a qarşı peyvəndin hazırlanmasına və diaqnostikasına, habelə bu istiqamətdə araşdırmaların aparılmasına yönəldilməsi planlaşdırılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Dünyada 7 milyonadək insan virusa yoluxub, 390 minədək insan onun qurbanı olub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930