SON DƏQQƏ

naxcivanxeberleri.com

Rusiyada Paşinyanın siqaret qaçaqmalçılığı araşdırılır

Rusiyada Paşinyanın siqaret qaçaqmalçılığı araşdırılır
6-06-2020, 10:56

Rusiyanın hüquq-mühafizə orqanları Ermənistandan göndərilən siqaret qaçaqmalçılığına dair cinayət işini araşdırır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Ermənistanda çıxan “İrates” qəzeti yazıb.

Qəzetin yazdığına görə, koronavirus pandemiyası ilə bağlı mövcud problemlər və korrupsiya sövdələşməsi Ermənistanın baş naziri Nikol Paşinyanın ətrafında xaos yaradıb: “Ermənistanda siqaret qaçaqmalçılığı ilə bağlı məsələni tez ört-basdır etməyə çalışsalar da, qaçaqmal siqaret dolu təyyarəni müsadirə etmiş Rusiya barəsində bunu demək çətindir”.

Bildirilib ki, federasiyanın təhlükəsizlik xidmətinin etibarlı mənbələri bu barədə diqqətəlayiq məlumatı verib: “Qaçaqmal siqaret işi Rusiya hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Dərin və hərtərəfli araşdırma aparılır. Bu işdə Nikol Paşinyanla yanaşı, daha 17 nəfərin adı hallanır”.

Qəzetin “bunu niyə ətraflı danışmırlar” sualına cavab olaraq vurğulanıb “Hər şeyin vaxtı var, körpələr 9 aydan sonra dünyaya gəlir. Rusiya üçün Nikol Paşinyan deyil, Ermənistan tərəfdaş dövlət və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkədir. Paşinyanın KTMT-yə qarşı atdığı addımları, Rusiyanı hansı vəziyyətə qoyduğunu başa düşməməsi öz problemidir”.

“Ermənistandan siqaret qaçaqmalçılığının gizlədilməsi üçün bir adam Rusiyaya göndərilib” sualına mənbə cavab olaraq deyib: “Getdi, ancaq heç nə edə bilmədi”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930