SON DƏQQƏ

naxcivanxeberleri.com

Çində Asiya Oyunları üçün yeraltı kompleks qurulur

Çində Asiya Oyunları üçün yeraltı kompleks qurulur
4-06-2020, 13:30

Çinin Hançjou şəhərində 2022-ci il Asiya Oyunları üçün Olimpiya, Beynəlxalq Ekspo Mərkəzi və digər yarış məkanlarını birləşdirəcək yeraltı kompleks qurulur. 

NAXCİVANXEBERLERİ.COM "İnside the Games" nəşrinə istinadən xəbər verir ki, bölgədəki əsas yer və zallar yeraltı tunellərlə birləşdiriləcək. Bu isə Hançjou şəhərindəki ən böyük yeraltı qurğu olacaq. 

986 000 kvadratmetr ərazini əhatə etməsi gözlənilən kompleksin bir hissəsi artıq tamamlanıb. Kompleksin əsas məkanı oyunlar zamanı atletika yarışlarına ev sahibliyi edəcək "Big Lotus"dur. Su idman növü üzrə yarışlar da daxil olmaqla, bir neçə idman növündə mübarizə Olimpiya Parkında gedəcək. 

Ekspo Mərkəzində skvoş yarışı keçiriləcək, habelə, Beynəlxalq Yayım Mərkəzi və Baş Mətbuat Mərkəzi yerləşəcək. 

Qeyd edək ki, sayca XIX Asiya Oyunları 10 - 25 sentyabrda keçirilməlidir. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930