SON DƏQQƏ

naxcivanxeberleri.com

ABŞ-ın hava məkanı Çin təyyarələri üçün bağlana bilər

ABŞ-ın hava məkanı Çin təyyarələri üçün bağlana bilər
3-06-2020, 20:36

ABŞ hökuməti Çin hava yolu şirkətləri tərəfindən ölkəyə sərnişin daşımalarını dayandırmaq niyyətindədir.

NAXCİVANXEBERLERİ.COM “Reuters”ə istinadən xəbər verir ki, ilkin olaraq iyun ayının 16-dan qüvvəyə minməsi gözlənilən məhdudiyyətin “Air China”, “China Eastern Airlines”, “China Sothern Airlines”, “Hainan Airlines” kimi iri şirkətlərə şamil olunacağı bildirilir. Bununla yanaşı, çarter uçuşları da dayandırılacaq.

ABŞ-ın Nəqliyyat Departamentinin təsdiqlədiyi bu məlumata dair Ağ Evdən şərh verilməyib.

Belə bir addımın Çin hökumətinə təzyiq göstərərək ABŞ hava yolu şirkətlərinə bu ölkəyə uçuşlar həyata keçirməyə icazə verməsi üçün atıldığı qeyd edilir. May ayının 22-də ABŞ-ın Nəqliyyat Departamenti Çin hökumətini bununla bağlı ittiham etmişdi.

ABŞ hökuməti koronavirusa qarşı görülən tədbirlər çərçivəsində yanvar ayının sonundan Çində olmuş əcnəbilərin ölkəyə girişinə dair məhdudiyyət tətbiq etmişdi. Bu qayda yalnız ABŞ vətəndaşlarının ailə üzvlərinə, həmçinin ABŞ-da daimi yaşamaq icazəsi olanlara şamil edilməyib. Çindən təyyarə uçuşlarının dayandırılması isə bildirilməmişdi.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930