SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistanda koronavirusdan ölənlərin sayı 170-ə çatdı

Ermənistanda koronavirusdan ölənlərin sayı 170-ə çatdı
3-06-2020, 11:11

Ermənistanda daha 515 nəfərdə koronavirus aşkarlanıb, 12 nəfər ölüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 10 524-a yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 170-ə çatıb. Bildirilib ki, indiyədək 3 454 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 6 841 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,4 milyonu ötüb. Bunların 3 milyon nəfərdən çoxu sağalıb, 382 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031