SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayının artacağı gözlənilir

Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayının artacağı gözlənilir
3-06-2020, 10:30

“Ermənistanda yaxın zamanlarda koronavirusa yoluxanların və pandemiyadan ölənlərin sayı artacaq”.

NAXCİVANXEBERLERİ.COM “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavinin Tiqran Avinyan hakim “Mənim addımım” fraksiyasının toplantısında bildirib.

O deyib ki, yaxın günlərdə koronavirusa yoluxanların və qurbanlarının sayının artmasına hazır olmaq lazımdır.

Toplantıda Ermənistan səhiyyə naziri Arsen Torosyanın peşəkar olmayan bəyanatlarına və yarıtmaz fəaliyyətinə də münasibət bildirilib. 

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan mətbuatı Tiqran Avinyan və Arsen Torosyanın koronavirusa qarşı mübarizənin təşkil edə bilmədikləri üçün iyulda istefaya göndəriləcəklərinə dair məlumat yaymışdı. Məlumata əsasən, Ermənistanın baş naziri Nikol Paşinyan onları koronavirusa qarşı mübarizədə yarıtmaz fəaliyyətlərinə görə “günah keçisi” kimi qurban verəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031