SON DƏQQƏ

naxcivanxeberleri.com

Rusiya və Türkiyə koronavirus vaksinini birlikdə yaradacaq

Rusiya və Türkiyə koronavirus vaksinini birlikdə yaradacaq
3-06-2020, 09:09

Rusiya və Türkiyə COVID-19 əleyhinə dərman və vaksinin yaradılması üzərində birgə iş aparacaqlar.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,  bu barədə Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin başçısı Mixail Muraşko ilə danışıqların nəticəsinə əsasən Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

"Mən həmkarım, Rusiyanın səhiyyə naziri Mixail Muraşko ilə danışıqlar apardım. Muraşko qeyd etdi ki, onlar özləri bizim COVID-19-a qarşı tətbiq etdiyimiz müalicənin uğurunu görürlər. Danışıqların gedişatında nazirliklərimizin müəssisələrinin dərmanların və vaksinlərin yaradılması üzərində birlikdə işləmələri barədə qərar qəbul etdik", - Türkiyənin Səhiyyə naziri özünün "Twitter"dəki səhifəsində yazıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930