SON DƏQQƏ

naxcivanxeberleri.com

Türkiyə Rusiya silahlarının ən böyük idxalçıları sırasındadır

Türkiyə Rusiya silahlarının ən böyük idxalçıları sırasındadır
2-06-2020, 14:30

Hazırda Türkiyənin Rusiyadan müdafiə məhsulları sifarişləri zərfi 1 milyard ABŞ dolları həcmindədir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə “Ekotürk TV”nin canlı efirində Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Xidmətinin rəhbəri Dmitri Şuqayev bildirib.

Rusiya rəsmisi, həmçinin Türkiyənin Rusiya silahları və hərbi texnikası alıcıları arasında TOP-5-ə daxil olduğunu, bunun daha çox “S400” hava müdafiə sistemlərinə dair imzalanmış sazişin nəticəsi olduğunu deyib.

Qeyd edək ki, indiyədək Rusiyanın Türkiyəyə hərbi məhsullar satışına dair müqavilələrinin həcmi rəsmi şəkildə açıqlanmamışdı.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930