SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistanda koronavirusa yoluxanların sayı 9 402 nəfərə çatıb, 139 nəfər ölüb

Ermənistanda koronavirusa yoluxanların sayı 9 402 nəfərə çatıb, 139 nəfər ölüb
1-06-2020, 12:00

Ermənistanda daha 120 nəfərdə koronavirus aşkarlanıb, 8 nəfər ölüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 9 402-yə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha nəfər artaraq 139-a çatıb.

Bildirilib ki, indiyədək 3 402 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 5 896 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,2 milyonu ötüb. Bunların 2,8 milyon nəfərdən çoxu sağalıb, 373 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031