SON DƏQİQƏ

naxcivanxeberleri.com

Feysbuka yeni funksiya gəlir -  Profili kilidiləmək mümkün olacaq

Feysbuka yeni funksiya gəlir -  Profili kilidiləmək mümkün olacaq
1-06-2020, 05:30

Sosial media nəhənglərindən olan Feysbuk yeniliklər gətirməyə davam edir. Lakin bəhs edəcəyimiz bu yeniliyin gətirilmə səbəbi çox da yaxşı deyil. Hindistanda qadınlara Feysbuk üzərindən göstərilən zorakılığın ciddi şəkildə artması səbəbilə şirkət bəzi yeniliklər gətirdi. Beləki, artıq Feysbuk profilini kilidləmək mümkün olacaq.
 
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, yeni funksiyaya əsasən istifadəçilər öz Feysbuk hesablarını dostluqdakı istifadəçilərdən başqa hər kəsə qarşı kilidləyə biləcəklər.
Profili kilidləyən istifadəçinin bütün məlumatları və paylaşımları gizlədilir. Sadəcə dostluqdakı istifadəçilər görə bilir. Həmçinin dostluqda olmayan istifadəçilər cover şəklini görə bilməyəcək və profil şəklini isə sadəcə kiçik ölçülərdə görə biləcək, lakin yükləyə bilməyəcək. Feysbuk rəsmilərinin dediklərinə görə bu yeni funksiya ilə birlikdə bir neçə təhlükəsizlik ayarı eyni anda tətbiq olunur. Qeyd edək ki, yeni funksiya indilik sadəcə Hindistanda istifadə verildi. Lakin yaxın aylarda bütün istifadəçilər üçün istifadəyə verilməsi gözlənilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031