SON DƏQQƏ

naxcivanxeberleri.com

Alimlər insanda alkoqolizmin 29 genetik səbəbini aşkarladılar

Alimlər insanda alkoqolizmin 29 genetik səbəbini aşkarladılar
31-05-2020, 22:30

Neyrobioloqlar insanlarda alkoqolizmə meyli artıran 29 gen variantları aşkarlayıblar.

NAXCİVANXEBERLERİ.COM “Nature”a istinadən xəbər verir ki, araşdırmanı ABŞ-ın Yel Universitetinin alimləri aparıb.

Həmin genlərin bəzilərinin depressiya və təşviş kimi psixi pozuntularla ortaq əlaqələri var.

Alimlər hər gün alkoqol içki qəbul ednə 435 min nəfərin göstəricilərini araşdırıblar. Onların əksəriyyəti Avropa əsilli şəxslər olub.

“Yeni göstəricilər alkoqolun qəbulu ilə əlaqəli məlum olan genetik risk lokuslarından 3 dəfə çoxdur”, - araşdırmanın başçısı Coel Gelernter bildirib.

Bütün aşkarlanmış risk faktorları sadəcə beyin səviyyəsində deyil, həm də bioloji requlyasiyaya cavabdeh olan genom sahəsində irsi keçir. Sadə sözlərlə desək, bunlar insanın “kod”una quraşdırılıb. Bu deməkdir ki, bəşəriyyət çətin ki alkoqolizmin kökünü kəsə biləcək.

Bununla belə, alimlər bu göstəricilərdən gen səviyyəsində asılılığın inkişafı riskini müəyyənləşdirmək üçün testin hazırlanmasında istifadə edə biləcəklər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031