SON DƏQQƏ

naxcivanxeberleri.com

ABŞ Konqresi uyğurların müdafiəsi ilə bağlı qanun layihəsi qəbul etdi

ABŞ Konqresi uyğurların müdafiəsi ilə bağlı qanun layihəsi qəbul etdi
28-05-2020, 09:09

Birləşmiş Ştatların Nümayəndələr Palatası Çində uyğurların, habelə digər etnik və dini azlıqlarla bağlı bu ölkənin yüksək vəzifəli məmurları barəsində sanksiyaların tətbiqinə icazə verən qanun layihəsini qəbul edib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə "The Hill" xəbər verib.

"Bu gün biz uyğurların tərəfində dayanmağımız, zülmə məruz qalanlar uğrunda mübarizə aparmağımız və bunu unutmayacağımız barədə ismarıc göndəririk", - Nümayəndələr Palatasının demokrat üzvü Bred Şerman bildirib.

Qanun layihəsi mayın əvvəllərində ABŞ Konqresinin yuxarı palatası tərəfindən yekdilliklə qəbul edilib. İndi sənəd dövlət başçısı Donald Tramp tərəfindən imzalanmaq üçün prezidentə göndərilir.

Çində ölkənin ən çoxsaylı milli azlıqlarından birinin yaşadığı Sinszyan-Uyğur muxtar vilayətinin yerli sakinləri uyğurların əksəriyyəti İslam dininə itaət edirlər. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930