SON DƏQQƏ

naxcivanxeberleri.com

“Boeing” 2,5 min işçisinə ödənişsiz məzuniyyət verəcək

“Boeing” 2,5 min işçisinə ödənişsiz məzuniyyət verəcək
27-05-2020, 16:12

ABŞ-ın təyyarə istehsalçısı - “Boeing” korporasiyası təxminən 2,5 min işçisini ödənişsiz məzuniyyətə göndərməyi planlaşdırır. 

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri şirkətin Həmkarlar İtttifaqının işçilərinə istinadən yazıb. 

Məlumata görə, bununla bağlı qərar mayın 29-da elan ediləcək. Səbəb koronavirus (COVID-19) pandemiyası nəticəsində aviareyslərə tələbatın kəskin azalması, dolayısı ilə "Boeing" markalı sərnişin təyyarələrinə tələbatın nəzərəçarpacaq dərəcədə aşağı düşməsidir. Məzuniyyət ilk növbədə Vaşinqton ştatında yerləşən Sietl şəhərindəki istehsalat müəssisəsinə təsir edəcək.

Nəşr xatırladıb ki, keçən ay korporasiya Avstraliyanın Melburn şəhərində də 230 işçisini məzuniyyətə göndərməyi planlaşdırdığını açıqlayıb. 

Aprelin 29-da "Boeing"in rəhbəri Devid Kelxun bildirib ki, pandemiya aviadaşıma sənayesinə ciddi neqativ təsir göstərib və bununla əlaqədar şirkət bir sıra təyyarə modellərinin istehsalını azaltmaq məcburiyyətində qalıb. Bu da onları bütün dünya üzrə işçilərin 10%-ni ixtisara salmağa sövq edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930