SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyənin pandemiyadan sonraki dövrə keçidlə bağlı plan açılanıb

Türkiyənin pandemiyadan sonraki dövrə keçidlə bağlı plan açılanıb
27-05-2020, 16:00

Türkiyənin yeni növ koronavirus pandemiyasından sonrakı dövrə keçid planı bəlli olub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, COVİD-19-la uğurlu mübarizə aparan Türkiyədə sosial məsafə qaydalarına uyğun qadağaların yumşaldılması və ümumiyyətlə normallaşma mərhələli şəkildə həyata keçirilir. Artıq ölkə pandemiyadan sonrakı dövrə addım atır.

Plana əsasən, mayın 28-dən etibarən Türkiyənin dəmir yolu və sürətli qatar sistemi fəaliyyətini bərpa edir. Hava nəqliyyatında isə iyunun dördündən etibarən daxili, 10-dan isə xarici reyslərin həyata keçirilməsi gözlənilir.

Mayın 29-da məscidlər ibadətə açılır. Mayın 31-dən hərbi qulluqçuların orduya çağırılması, iyunun 5-dən isə təxris olunması işlərinə başlanacaq.

Ölkənin təlim-tədris sistemi isə iyun ayından etibarən fəaliyyətini bərpa edəcək. Əhali arasında çox gözlənilən toy və bunun kimi digər şənliklərin keçirilməsinə isə iyulun 10-dan sonra icazə veriləcəyi gözlənilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031