SON DƏQQƏ

naxcivanxeberleri.com

Kaliforniyada dini mərasimlərin keçirilməsinə icazə verilir

Kaliforniyada dini mərasimlərin keçirilməsinə icazə verilir
26-05-2020, 09:11

ABŞ-ın Kaliforniya ştatının rəhbərliyi koronavirus pandemiyası şəraitində dini mərasimlərin keçirilməsi üçün tövsiyələr hazırlayıb.

NAXCİVANXEBERLERİ.COM-un TASS-a istinadən verdiyi məlumata görə, bu mərasimlərdə iştirakçıların sayı 100-ü keçməməli və mərasim imkan daxilində açıq havada keçirilməlidir.

Din nümayəndələrinin yaşlılar üçün xidmətləri yalnız uzaqdan həyata keçirmələri, mərasimlər keçirilərkən hava-damcı yolu ilə koronavirusun yayılması təhlükəsi səbəbindən xor ifalarından, həmçinin kitablar və ritualların icrası ilə əlaqəli digər əşyaların mübadiləsindən çəkinmək tövsiyə olunur. Kilsədaki skamyalar 2 metrdən yaxın olmayan bir məsafədə yerləşdirilməlidir.

Federal və yerli hakimiyyət orqanlarına əsaslanaraq hesabat aparan Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 1,65 milyondan çox koronavirus infeksiyasına yoluxma hadisəsi qeydə alınıb, 98 mindən çox insan ölüb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930