SON DƏQQƏ

naxcivanxeberleri.com

İsraildə teatrlar və konsert salonları iyun ayında açılacaq

İsraildə teatrlar və konsert salonları iyun ayında açılacaq
25-05-2020, 19:25

İsraildə 14 iyun tarixindən etibarən teatr tamaşaları və qapalı konsertlərə icazə veriləcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə ölkənin Turizm Nazirliyi xəbər yayıb.

Bildirilir ki, Səhiyyə Nazirliyinin qaydaları tamaşaçılara və mədəniyyət işçilərinə şamil olunacaq. Mədəniyyət mərkəzlərinə gələnlər iki metrlik sosial məsafə saxlamalı, şəxsi gigiyena qaydalarına riayət etməli və qoruyucu maskalar taxmalıdırlar. Binanın girişində müsafirlərin temperaturu ölçüləcək.

Tamaşa və konsertlərin biletləri yalnız onlayn olaraq satılacaq. Bilet alan şəxslər arasında bir boş oturacaq saxlanılmalı, salonlarda sıxlıq 75 faizdən çox olmamalıdır. Bütün teatr tamaşaları və konsertlər fasiləsiz keçiriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930