SON DƏQQƏ

naxcivanxeberleri.com

Yaponiyalı nazir olimpiadanın taleyindən danışdı

Yaponiyalı nazir olimpiadanın taleyindən danışdı
25-05-2020, 14:00

Yaponiya hökuməti gələn ilə təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilib-keçirilməyəcəyi ilə bağlı yekun qərarın oktyabrda veriləcəyinə dair xəbərlərə aydınlıq gətirib. 

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, ölkənin İqtisadi bərpa naziri Yasutoşi Nişimura parlamentdəki çıxışı zamanı onlarda belə bir informasiyanın olmadığını bildirib.

Nazir deyib ki, bunu yerli Təşkilat Komitəsindən dəqiqləşdirib: "Oyunların taleyi ilə bağlı qərarın oktyabrda veriləcəyi barədə heç bir söhbət yoxdur. Yaponiya gələn il təşkil olunacaq turnirə hazırlaşır və bunun üçün bütün səyləri göstərəcək".

Daha əvvəl Beynəlxal Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax deyib ki, Tokio olimpiadasını gələn ilin yayında keçirmək mümkün olmasa, Oyunları ləğv etməli olacaqlar.

Qeyd edək ki, Tokio olimpiadası koronavirus pandemiyası səbəbindən 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930