SON DƏQQƏ

naxcivanxeberleri.com

Ermənistanda bir gündə rekord yoluxma qeydə alınıb

Ermənistanda bir gündə rekord yoluxma qeydə alınıb
25-05-2020, 11:09

Ermənistanda daha 452 nəfərdə koronavirus aşkarlanıb. Bu ölkədə gündəlik qeydə alınan rekord yoluxma halıdır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,  məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 7 113-ə yüksəlib.

Məlumata görə, ölkədə indiyədək 81 koronavirusdan ölüb.

Bildirilib ki, indiyədək 3 145 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 3 842 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,5 milyonu ötüb. Bunların 2,3 milyon nəfərdən çoxu sağalıb, 346 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930