SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ-ın Torrens şəhərində 28 may “Azərbaycan Milli Günü” elan edilib

ABŞ-ın Torrens şəhərində 28 may “Azərbaycan Milli Günü” elan edilib
22-05-2020, 10:10

ABŞ-ın Kaliforniya ştatının Torrens (Torrance) şəhəri 28 may tarixini “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Patrik C.Füri tərəfindən müvafiq bəyannamə imzalanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə  Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

 

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk dünyəvi və demokratik parlamentli respublika yaratdığı, həmin respublikanın ABŞ da daxil olmaqla, digər demokratik dövlətlər tərəfindən tanındığı vurğulanır.

Sənəddə Azərbaycanın irqindən, cinsindən, milliyətindən və dinindən asılı olmayaraq hər kəsə səsvermə hüququ verdiyi, bununla müsəlman dünyasında qadınlara səsvermə hüququ verən ilk ölkə olduğu qeyd edilir.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Sənəddə həmçinin ABŞ daxil olmaqla, bütün dünyada yaşayan milyonlarla azərbaycanlının 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram edərək, öz əcdadlarının ətraf regionlarda, o cümlədən Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı bildirilir.

Bəyannamənin sonunda 28 may tarixi Torrens şəhərində “Azərbaycan Milli Günü” elan edilir və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət edilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031