SON DƏQQƏ

naxcivanxeberleri.com

Amerikalı alimlər sinir hüceyrələrinin bərpa olunması üsulunu tapıb

Amerikalı alimlər sinir hüceyrələrinin bərpa olunması üsulunu tapıb
20-05-2020, 14:10

Bir qrup amerikalı biotibb və nevrologiya mütəxəssisi zədələnmiş sinir hüceyrələrinin bərpası üsulunu tapıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Kolorado Universitetinin alimləri müəyyən edib ki, regenerasiya prosesini motorika vasitəsilə stimullaşdırmaq mümkündür.

Müşahidələr nəticəsində məlum olub ki, sağlam nevroloji funksiyaları təmin edən oliqodendrosit hüceyrəsi yeni mielin təbəqələri yaratmaqla sinir toxumasını bərpa edə bilir.

Bu, dağınıq sklerozdan əziyyət çəkən siçanlar üzərində təcrübə zamanı təsdiqlənib. Belə ki, siçanlarda bəzi davranış hərəkətlərindən sonra sinir sistemi bərpa olunub.

Alimlər hesab edir ki, bu kəşf müxtəlif zədələrə və insultun ağır nevroloji fəsadları nəticəsində əlil olan şəxslərə kömək edəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930