SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rəcəb Tayyib Ərdoğan apreldə Rusiyaya səfər edəcək

Rəcəb Tayyib Ərdoğan apreldə Rusiyaya səfər edəcək
18-02-2019, 09:25

Apreldə Moskvada Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında növbəti danışıqlar olacaq.

NAXCİVANXEBERLERİ.COM "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, prezidentlər iki ölkənin Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəklər. Bu, artıq cari ildə dövlət başçılarının üçüncü görüşü olacaq.

Putin və Ərdoğan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasını iclasını keçirəcəklər. İclasda iki ölkənin ticarət-iqtisadi sahəsində qarşılıqlı əlaqəsi, mədəni əlaqələr və beynəlxalq vəziyyət müzakirə ediləcək.

Qeyd edilir ki, prezidentlər aprelin 8-də Böyük Teatrda mədəniyyət və turizm ilinin açılış mərasimində də iştirak edəcəklər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl fevralın 14-də Soçidə üçtərəfli görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31