SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ayda dağlar necə formalaşıb? – EHTİMAL

Ayda dağlar necə formalaşıb? – EHTİMAL
14-05-2020, 07:33

Ayda olan bəzi dağların hündürlüyü bir neçə kilometrə çatır, lakin peykdə vulkanik və güclü seysmik fəallıq olmadığından onların necə əmələ gəlməsi indiyədək anlaşılmaz qalıb.


NAXCİVANXEBERLERİ.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, Kanadanın Ontario əyalətinin Kral Muzeyinin beynəlxalq tədqiqatçılar qrupu 1972-ci ildə “Apollon-17” tərəfindən Yer kürəsinə gətirilmiş Ay daşlarının nümunələrini yenidən tədqiq ediblər. 


Alimlər bu nümunələrdə 2300 dərəcə Selsidən yuxarı temperatur zamanı yaranan və stabil temperatura qayıtdıqda baddeleit mineralına çevrilən zirkonun kub kristalı strukturlarının izlərini aşkar ediblər.


Kristal strukturların analizinin gedişatı zamanı onların təxminən 4,3 milyard il əvvəl yarandığı müəyyən olunub. Meydana çıxmalarına səbəb isə ehtimal ki, güclü xarici zərbənin təsiri nəticəsində yaranmış yüksək temperatur olub.


Tədqiqatçılar güman edirlər ki, bu dağlar meteorit zərbəsi nəticəsində yaranıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930