SON DƏQQƏ

naxcivanxeberleri.com

"Apple" işçilərini yaxın həftələrdə ofislərə qaytaracaq

"Apple" işçilərini yaxın həftələrdə ofislərə qaytaracaq
13-05-2020, 09:15

"Apple" şirkətinin əməkdaşları yaxın həftələrdə işləmək üçün ofislərə qayıdacaqlar.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər yayıb.

Bildirilir ki, şirkət rəhbərliyi iş rejimini tədricən bərpa edəcək. İlk mərhələnin may ayının sonu iyun ayının əvvəli həyata keçirilməsi və şirkətin əsas ofislərinin işçilərinin qayıdması nəzərdə tutulur. Bu siyahıya Kaliforniya ştatındakı Kupertinoda "Apple park" campusunun əməkdaşları daxildir. İkinci mərhələ İyul ayında baş tutacaq ki, bu zaman bütün qalan ofislərin əməkdaşlarınında iş yerlərinə qayıtmaları nəzərdə tutulur.

Bundan əlavə, Aydaxo, Cənubi Kaliforniya, Alabama və Alyaska ştatlarında şirkətin bir neçə mağazaları işlərini bərpa edəcəklər. Ümumilikdə "Apple" korporasiyasının dünya üzrə 500-dən artıq satış məntəqəsi var.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930