SON DƏQQƏ

naxcivanxeberleri.com

Böyük Britaniyada nüfuzlu yarış ləğv olundu

Böyük Britaniyada nüfuzlu yarış ləğv olundu
12-05-2020, 17:09

4-5 iyulda Böyük Britaniyanın paytaxtı Londonda keçirilməsi planlaşdırılan atletika üzrə Brilliant Liqa yarışı ləğv olunub. 

NAXCİVANXEBERLERİ.COM yarışın rəsmi saytına istinadən xəbər verir ki, Böyük Britaniyanın Atletika Federasiyası koronavirus pandemiyası səbəbindən bu qərarı çıxarıb. 

Brilliant Liqa yarışların yeni təqvimini də açıqlayıb. 

Monako, Geytshed (Böyük Britaniya) və Stoklolmda (İsveç) yarışların avqustda, Lozanna (İsveçrə), Brüssel (Belçika), Paris (Fransa), Roma / Neapol (İtaliya) və Şanxaydakı (Çin) turnirlər sentyabrda, Oreqon (ABŞ), Doha (Qətər) və Çində ikinci yarışın oktyabrda keçirilməsi planlaşdırılır. 

Qeyd edək ki, daha öncə Mərakeşin paytaxtı Rabat və İsveçrənin Sürix şəhərindəki mərhələlər ləğv olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930