SON DƏQQƏ

naxcivanxeberleri.com

Yerə yaxın qəhvəyi cırtdanda bulud qatı aşkarlandı

Yerə yaxın qəhvəyi cırtdanda bulud qatı aşkarlandı
12-05-2020, 12:47

Bu yaxınlarda astronomlar çox böyük teleskopun köməyilə Yer kürəsinə ən yaxın qəhvəyi cırtdan olan Luhman 16A-da Yupiteri bürüyən oxşar bulud qatlarının olduğunu müəyyən ediblər.

NAXCİVANXEBERLERİ.COM AMEA-nın rəsmi səhifəsinə istinadən xəbər verir ki, qəhvəyi cırtdan alimlər üçün kəşf olmasa da, polyarimetriya kimi tanınan “Caltech” texnikası, başqa sözlə, bu metodun son texnologiya tətbiqləri nisbətən yeni hesab edilir.

Tədqiqatçıların modelləri göstərib ki, buludların bəzi sahələri tufanlıdır, buna görə də qəhvəyi cırtdandakı hava Yupiterdə olduğu kimi sabit olmaya bilər.

Tədqiqatın həmmüəlliflərindən biri olan kosmik teleskopun Elmi İnstitutunun mütəxəssisi Jülyen Jirar bildirib ki, cırtdanda mövcud olan tufanlar silikatlar və ya ammonyak kimi maddələrin üzərinə yağış tökə bilər.

Alimlər komandası gələcəkdə ekzoplanetlərin ətrafında aparılan tədqiqatlar zamanı bu metodu istifadə etməyi planlaşdırırlar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930