SON DƏQQƏ

naxcivanxeberleri.com

Türkiyə "S-400"ün bir hissəsini istismar edir

Türkiyə "S-400"ün bir hissəsini istismar edir
8-05-2020, 20:25

"Türkiyə Rusiyanın “S-400” zenit-raket sistemlərini yerləşdirməyə davam edir və kompleksin müəyyən sistemlərinin istismarına başlayıb".

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bunu mayın 8-də Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir bildirib.

Onun sözlərinə görə, “S-400”ün yerləşdirilməsi davam edir və müəyyən sistemlər istismara verilib.

İ.Demir Rusiyanın Türkiyədə yerləşdirilən “S-400”lərə “istədiyi girişi” əldə etməyəcəyini də söyləyib: “Təchizat müqaviləsində təlim, texniki xidmət, texniki dəstək haqqında müddəaların olmasına baxmayaraq, Rusiya heyəti “S-400” batareyalarından istədiklərini əldə edə bilməyəcək”.

Qeyd edək ki, Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın aprelin 30-da "S-400"ün koronavirus pandemiyası səbəbindən ölkə ərazisində yerləşdirilməsinin təxirə salındığını söyləmişdi. Bununla belə o, işlərin planlaşdırıldığı kimi davam edəcəyini də vurğulamışdı.

Dövlət Departamentinin sözçüsü Morqan Ortequs aprelin 21-də bildirmişdi ki, Vaşinqton Ankaranın “S-400”ün istismarına başlamasından “çox narahatdır”.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930