SON DƏQQƏ

naxcivanxeberleri.com

Ermənistanda koronavirusdan ölənlərin sayı 42-yə çatdı

Ermənistanda koronavirusdan ölənlərin sayı 42-yə çatdı
7-05-2020, 11:30

Ermənistanda daha 102 nəfərdə koronavirus aşkarlanıb, nəfər ölüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Ölən 2 nəfər 78 və 66 yaşlı kişilərdir. Onların xroniki xəstəliyi olub. 

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 884-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha nəfər artaraq 42-yə çatıb. 

Bundan başqa, indiyədək 1 185 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,8 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 265 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930