SON DƏQQƏ

naxcivanxeberleri.com

Uhanda təhsil müəssisələrinin fəaliyyəti bərpa edildi

Uhanda təhsil müəssisələrinin fəaliyyəti bərpa edildi
6-05-2020, 16:22

Pandemiyanın ocağı olmuş Çinin Uhan şəhərində təhsil ocaqları fəaliyyətə başlayıb.

NAXCİVANXEBERLERİ.COM İHA-ya istinadən xəbər verir ki, dərslər sosial məsafə qaydalarına əsasən tənzimlənəcək.

Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində şagird və tələbələrin dərsə maska ilə gəlmələri tələb edilir. Bundan başqa, təhsil ocaqlarının girişində öyrəncilərin hərarəti də ölçüləcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 259 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930